ER Baş naziri Nikol Paşinyan və Artsax Prezidenti Arayik Harutyunyanın başçılığı ilə ER hökumətində Artsaxda həyata keçirilən proqramlar və mövcud problemlərin həlli yolları ilə bağlı məsləhətləşmələr aparılıb.
Müzakirə başlamazdan əvvəl Nikol Paşinyan və Arayik Harutyunyan açılış nitqi ilə çıxış ediblər.
ER Baş naziri Nikol Paşinyan öz çıxışında bildirib ki, həm 2020-ci ildəki 44 günlük müharibədən əvvəl, həm də ondan sonra Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların məzmunu, prosesi, çağırışları və imkanları daxil olmaqla, planlar və hərəkətlər barədə Artsax hakimiyyətinin tam məlumatlı olmasını zəruri hesab edir.
O vurğulayıb ki, bu prinsipə həmişə riayət olunub və bundan sonra da belə olacaq.
“Ancaq bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk maraqlı tərəf Artsax və Artsax xalqıdır. Buna görə də, danışıqların gizli aparılması, sadəcə olaraq, məntiqsizdir, belə bir şeyi təsəvvür etmək mümkün deyil”,-deyə Paşinyan əlavə etdi ki, həmişə Artsax Prezidenti ilə əlaqə saxyalır və digər tərəfdaşları da Artsaxdakı tərəfdaşlarla paralel işləyirlər.
Nikol Paşinyan Artsax hakimiyyətinin də sülh gündəmini qəbul etməsi ilə bağlı Arayik Harutyunyanın son bəyanatını yüksək qiymətləndirdi və qeyd etdi ki, sülh gündəmi müharibə dəhşətini, yəni müharibədən sonra yaranan çətinlikləri aradan qaldırmaq, insanların təhlükəsizliyini, hüquqlarını, gələcəyini təmin etmək gündəmidir.
O, Artsax vətəndaşının Artsaxda yaşamasını, özünü Artsax, Qarabağ ermənisi hesab etməsini vacib hesab etdi: “Birgə işimizin böyük bir hissəsi sosial-iqtisadi sahə ilə bağlıdır, bizim üçün vacib olan Artsaxda insanların yaşayıb, özlərini təhlükəsiz hiss etməsidir”.
Artsax Prezidenti Arayik Harutyunyan isə, bildirib ki, Artsax erməniləri sülh gündəmini alqışlayır və qəbul edirlər, çünki Artsax xalqı sülhün qiymətini yaxşı bilir. “Amma digər tərəfdən qeyd etmək istəyirəm ki, hərəkatın ilk günündən olduğu kimi, öz müqəddəratını təyinetmə hüququmuzdan kənara çıxacaq heç bir istiqamət görmürük”,-deyə Harutyunyan vurğuladı.
O həmçinin qeyd etdi ki, bu mərhələdə sosial-iqtisadi məsələlər vacibdir, çünki əgər Artsaxda adam yoxdursa, o zaman siyasi mübarizədən və təhlükəsizlikdən danışmaq mənasızdır.