Aprelin 29-da ER xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Həmsöhbətlər ER baş nazirinin Rusiyaya rəsmi səfərinin nəticələrindən məmnun olduqlarını bildiriblər, tərəflərin ER baş naziri Nikol Paşinyan və RF prezidenti Vladimir Putinin aprelin 19-da birgə bəyanatının müddəalarına sadiqliyini bir daha təsdiqləyiblər.
Xarici işlər nazirləri 9 noybr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda götürülmüş öhdəliklərin yerinə yetirilməsi prosesini müzakirə edib, Ermənistan və Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın yaradılmasına toxunub.
Ararat Mirzoyan Ermənistanın regional sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş proseslərə, Azərbaycanla hərtərəfli sülh sazişi üzrə danışıqlara dair mövqeyini bir daha təsdiqləyib.
Nazir Mirzoyan Rusiya tərəfinin MDB Xİ Nazirləri Şurasının mayın 13-də Düşənbədə keçiriləcək iclası çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi təklifi ilə razılaşıb.