Ermənistan və Azərbaycan sülh sazişi üzrə danışıqlar Artsaxın statusuna və onun gələcəyini əhatə edə bilməz. Bunu Artsax Respublikasının xarici işlər naziri Davit Babayan bildirdi. Davit Babayan rəsmi Stepanakertin mövqeyini bir daha təsdiqləyib.
Artsax Respublikasının Parlamentinin sədri Artur Tovmasyan da qeyd etdi ki, münaqişəsinin həlli üçün mantada sadəcə ATƏT Minsk qrupu malikdir.
“Artsaxın statusu məsələsi ATƏT-in Minsk qrupunun mandatına verilib. Rəsmi Bakı,Yerevan və Stepanakert ATƏT Minsk Qrupunun mandatını təsdiqləyib. Hələ ki, Bakı da ATƏT-in Minsk qrupundan imtina etməyib, əgər Artsax məsələsinin həll olunduğunu deyirlərsə, o formatı tərk etdiklərini yazsınlar”,- deyə Artur Tovmasyan qeyd etdi.
Artsaxın xarici işlər naziri isə vurğuladı ki, Artsaxın Azərbaycanla ümumi dövlət kimi hər hansı münasibəti olması qəbuledilməzdir.
“Bu, sadəcə olaraq qəbuledilməzdir. Biz Azərbaycanın tərkibində olmayacağıq, faktiki olaraq müstəqil dövlət olaraq qalmaqda davam edəcəyik, ölkəmizi normal inkişaf etdirməliyik”,- Davit Babayan vurğuladı.