Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ Konqresi prezident Co Baydenin Ukraynaya 33 milyard dollar yardım tələbini dəstəkləməyə hazırdır.
Bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.
Pelosi qeyd edib ki, ABŞ müdafiə, iqtisadiyyat və humanitar ehtiyaclar da daxil olmaqla, Ukraynaya lazım olan məbləğdə yardım göstərməyə hazırdır.
Onun sözlərinə görə, Konqres hazırda bir çox mühüm məsələlər üzərində işləyir. Eyni zamanda, bu müraciətlərin müsbət qarşılanacağına şübhə yoxdur.