Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək. O, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudla görüşəcək. Türkiyə mətbuatının yazdığına görə, Birləşmiş Ərəb Əmirlikləri və İsrail ilə son aylarda yüksək səviyyəli təmaslardan sonra Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri regional proseslər baxımından vacibdir.
İkigünlük səfər çərçivəsində tərəflər arasında qarşılıqlı əlaqələrin, həmçinin beynəlxalq və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.