Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Arusyak Culhakyan aprelin 26-da AŞPA-nın yaz sessiyasının plenar iclasında çıxış edib.
Culhakyan xüsusilə qeyd edib ki, dünən azərbaycanlı həmkarı bəyan etdi ki, Azərbaycan sülhün əldə olunması üçün hər şeyi edir. “Mən başa düşdüm ki, eyni təşkilatda olmaqla, bu təşkilatın təməlini qoyan əsas dəyərlər haqqında hələ də fərqli qavrayışlarımız var. Biz sülhü başqa cür qəbul edirik, insan hüquqlarını başqa cür qəbul edirik.
Doğum evinin bombalanması sülhə aparmır. Yaşlı vətəndaşın başının kəsilməsi sülhə aparmır.
Paytaxtınızın mərkəzində qənimət parkı salanda, ora erməni hərbçilərin alçaldıcı manikenlərinin yerləşdirilməsi, uşaqların qürurla o parka götürülməsi, o manikenlərin və digər qondarma qənimətlərin göstərilməsi sülhə aparmır. Bu bəlkə də nifrətə səbəb ola bilər, amma sülhə deyil.
Hərbi əsirləri və digər saxlanılanları azad etməkdən imtina edərək, onları ticarət obyektinə çevirərək, daim yeni tələblər irəli sürərək, sülhə təşviq olamaz.
AİHM-in erməni hərbi əsirlərlə bağlı qərarlarını, AŞPA-Avropa Parlamentinin qətnamələrini, insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq sənədləri rədd edərək, sülhə təşviq olamaz.
Kənd camaatına, öz vətənində dinc əhaliyə iriçaplı silahlardan atəş açaraq, sülhə təşviq olamaz.
Qəsdən qaz kəmərini partlatmaqla, dinc əhalinin, o cümlədən uşaqların soyuq havada isinmək imkanından məhrum edilməsi, sülh deyil.
Sizin silahlı qüvvələriniz tərəfindən dinc əhalinin səsucaldanlarla hədələnməsi, onların evlərini, doğma kəndlərini tərk etməyə məcbur olunması, sülh deyil.
Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, erməni kilsələrin, tarixi-mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, AŞPA və Avropa Parlamenti tərəfindən müvafiq qətnamələrin qəbulundan sonra prezidentinizin açıq şəkildə Dağlıq Qarabağdakı erməni kilsələrindəki qədim erməni əlyazmalarının silinməsi, beləliklə də həmin ərazilərdən erməni izinin silinməsi barədə göstərişi, sülh deyil.
Hörmətli həmkarlar, sülhdən danışarkən, gəlin əvvəlcə əmin olaq ki, burada, bu aqorada biz o sözü eyni şəkildə anlayırıq. Bəlkə bu, bizə etimadın qurulması prosesinə, sülhün qurulması prosesinə başlamağa və nəhayət, regionumuza real sülh gətirməyə kömək edəcək”, - Culhakyan bildirib.