ER Parlamentinin sədri Alen Simonyan ATƏT/DTİHB-nin müşahidə missiyasını həyata keçirən nümayəndə heyətinin nümayəndələrini qəbul edib.
Görüşdə Ermənistanda parlament diplomatiyasının əhəmiyyətindən danışılıb, həmçinin demokratik ölkələrin parlamentlərində iqtidar-müxalifət əməkdaşlığının qarşılıqlı fəaliyyəti müzakirə olunub.
Regionun təhlükəsizlik məsələlərinə toxunan ER Parlamentinin sədri ATƏT regionunda etimadın möhkəmləndirilməsi üçün ATƏT Parlament Assambleyasının rolunu mümkün platforma kimi yüksək qiymətləndirib, ATƏT PA-da Azərbaycanın nümayəndələrinin aqressiv bəyanatlarına diqqət çəkib.
O bildirib ki, regionda sülhə yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli yolu ilə nail olmaq olar, bura Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi əsasında Artsaxın statusunun aydınlaşdırılması daxil edilməlidir.