ABŞ Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinin tərəfdarıdır. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Mən Ermənistan və Azərbaycan rəhbərliyi ilə kifayət qədər fəal və birbaşa əməkdaşlıq etmişəm. Xüsusilə, bir həftə əvvəl Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də iki ölkənin XİN başçıları ilə telefon danışığım olub”,- deyə blinken bildirdi.
O qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli perspektivinin təşviqinə kömək etməyə çalışıb. Bununla bağlı Vaşinqton “etimadın möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlər” hazırlayır.
“Biz birtərəfli, xüsusən də Azərbaycan tərəfindən vəziyyəti gərginləşdirən hər hansı addımının əleyhinəyik”,- deyə Blinken vurğuladı.