Azərbaycanın Milli Məclisinin deputatı Vahid Əhmədov “Sputnik-Azərbaycan”nın fəaliyyətini qadağan etməyi təklif edir.
Azərbaycanın KİV-in yaydığı məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan saytlarına Rusiyada qadağa qoyulmasına münasibət bildirib.
“Amma Azərbaycanda “Sputnik-Azərbaycan” agentliyi fəaliyyət göstərir. Bu yaxınlarda da Abxaziyada, Osetiyada fəaliyyət göstərən bir generalı gətirib bu kanala rəhbər təyin ediblər. Bu kanalın, agentliyin fəaliyyəti dayandırılmalıdır. Mən buradan Media Agentliyinə və Mətbuat Şurasına müraciət edirəm. “Sputnik-Azərbaycan”nın fəaliyyəti araşdırılsın və bu agentliyin fəaliyyəti Azərbaycanda qadağan edilsin”- deyə o qeyd edib.