Ukraynadakı vəziyyət Avro-Atlantik regionda onilliklər ərzində yığılıb qalmış bir çox problemlərə səbəb olub. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə bildirib.
Rusiyanın baş diplomatı Moskvanın dialoqa hazır olduğunu bir daha vurğulayıb. Quterreş də öz növbəsində münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb. O əlavə edib ki, BMT Ukrayna böhranının bütün dünya üçün mənfi nəticələrini minimuma endirmək istəyir.
Təşkilatın baş katibinin Vladimir Putinlə də görüşü planlaşdırılıb və aprelin 28-də Quterreş Kiyev ə gedəcək, orada Vladimir Zelenski ilə görüşəcək.