Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və Ermənistanla Azərbaycan arasında kommunikasiyanın açılmasını müzakirə edib.
Əliyev bildirib ki, gələn il Azərbaycan tərəfi öz ərazisində ölkəni Naxicevanla birləşdirəcək dəmir yolunun bir hissəsinin tikintisini başa çatdıracaq.O, dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini bildirib.
“Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır”- deyə Azərbaycan prezidenti qeyd edib.