Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın Hindistana işgüzar səfəri çərçivəsində aprelin 26-da Yeni Dehlidə Ermənistan-Hindistan biznes forumu keçirilib.
Ermənistan Respublikasının xarici işlər naziri qeyd etdi ki, bu gün biz həqiqətən də Ermənistan-Hindistan iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açırıq.
“Bu illər ərzində Hindistan bizim potensial iqtisadi tərəfdaşımıza çevrilib. Eyni zamanda, istifadə olunmamaış böyük potensial var, onun həyata keçirilməsi üçün biz birlikdə çalışmalıyıq. Avropa və Asiyanın qovşağında olan Ermənistan Hindistana çox şey təklif edir.
180 milyon əhalisi olan vı ÜDM-i 200 trilyon dollara yaxın olan Avrasiya İqtisadi İttifaqına Ermənistanının üzvlüyü, Avropa İttifaqı ilə Hərtərəfli Tərəfdaşlıq Sazişi, eləcə də ABŞ, Yaponiya, Kanada,İsveçrə, Norveç və digər ölkələrlə GSP ticarət rejimi Ermənistanın invetsisiya cəlbediciliyi və xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı üçün nəzərəçarpacaq üstünlüklərdir.
Ermənistan və Hindistan iqtisadiyyatın demək olar ki, bütün sahələrində qarşılıqlı faydalı əməkdaşlıq qura bilərlər, lakin xüsusilə yüksək texnologiyalar, İT, təhsil, turizm, aviasiya, logistika, əczaçılıq sahələri tərəfdaşlığın ən perspektivli sahələrindəndir”,- deyə nazir qeyd etdi.
Biznes forumda Hindistan İstehsalçıları Konfederasiyasının nümayəndələri, Enterprise Armenia Fondunun direktoru, Tumo Creative Texnologiya Mərkəzinin direktoru və başqalar çıxış etdilər.