Polşa Rusiya qazının pulunu rublla ödəməyəcək. Bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə səlahiyyətli nümayəndəsi Pyotr Naimski bildirib.
Onun sözlərinə görə, Polşa qazın pulunu rublla ödəməkdən imtina etməklə mümkün risklərə hazırdır.
“Biz lazım gələrsə, istənilən vaxt qazın tədarükündən imtina edə bilərik. Biz Rusiya tərəfinin tədarükləri dayandırmasına hazırıq” - deyə o, yekunlaşdırıb.