Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Görüşdə tərəflər Ermənistan və Azərbaycan arasında bütün kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası prosesinin başlanması sahəsində mövcud olan vəziyyəti müzakirə ediblər.
Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfinin bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq addımları atmağa hazır olduğu vurğulanıb.
Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev Rusiyanın qeyd edilən bütün istiqamətlər üzrə irəliləyişin əldə edilməsini dəstəkləməyə hazır olduğunu bir daha qeyd edib.