“Raisina Dialogue” konfransında iştirak etmək üçün Yeni Dehlidə səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan aprelin 25-də hindistanlı həmkarı Subramanya Caişankar ilə görüşüb.
Tərəflər son aylarda görülən işlərin səmərəliliyini vurğulayıblar, əməkdaşlığın dərinləşdirilməsini davam etdirməyə qarşılıqlı hazır olduqlarını bildirdilər.
Nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə toxunulub.
Regional və beynəlxalq təhlükəsizlik və sabitliklə bağlı məsələlər də müzakirə edilib.
Ermənistan tərəfi Cənubi Qafqaz regionundakı vəziyyəti və Ermənistanın regional sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş proseslərə, Azərbaycanla hərtərəfli sülh sazişi üzrə danışıqlara dair mövqeyini təqdim edib.
Nazir Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Hindistanın mövqeyindən məmnunluğunu ifadə edib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh prosesinin irəliləyişində vasitəçilik rolu vurğulanıb.
Nazir Mirzoyan həmsöhbətə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesində baş verən hadisələr barədə də məlumat verib.
Görüş zamanı Ermənistan xarici işlər naziri Cammu və Kəşmir məsələsində Ermənistanın Hindistanı dəstəklədiyini bir daha təsdiqləyib.