İran, Azərbaycan və Türkiyə XİN başçılarının növbəti görüşü Tehranda keçiriləcək. Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün mətbuat konfransında bildirib.
Səid Xətibzadə bildirib ki, bu görüşün keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır. Onun sözlərinə görə, İran və Azərbaycan arasında çoxlu müştərək layihələr var.
İki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin gözlənildiyini bildirən Səid Xətibzadə qeyd edib ki, prezidentlərin də qarşılıqlı səfərləri üçün dəvət ünvanlanıb.