Bu gün Ermənistan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arsen Avagyan etimadnaməsini İran İslam Respublikasının prezidenti İbrahim Rəisiyə təqdim edib.
ER səfirini salamlayan Rəisi ümidvar olduğunu bildirib ki, onun fəaliyyəti dövründə iki dost ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərində, o cümlədən iqtisadi əlaqələr, ticarət və digər sahələrdə mühüm irəliləyişlər qeydə alınacaq.
Qəbula və xoş arzulara görə minnətdarlığını bildirən səfir Avagyan iki ölkə arasında əlaqələrin davamlı inkişafı üçün maksimum səy göstərəcəyini qeyd edib.
Arsen Avagyan vurğulayıb ki, Ermənistan Respublikası İranın region ölkələrinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirir.
İİR Prezidenti də onun səmimi salamlarını ER rəhbərliyinə çatdırmağı xahiş edib.