Qüdsdə aprel qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə Erməni Soyqırımının 107-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə Qüds Erməni Patriarxlığının nümayəndəsi Koryun Bağdasaryan öz “Facebook” səhifəsində məlumat verib.
Bu il ilk dəfə olaraq mərasimlərdə Ermənistanın İsraildəki səfiri Arman Hakopyan da iştirak edib.