Moskva Bakı və Yerevan arasında sülh sazişi üzrə danışıqları dəstəkləyir və qarşılıqlı etimad və anlaşma mühiti yaratmaq əzmindədir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçar bildirib.
“Biz Azərbaycan və Ermənistana sülh sazişi üzrə razılaşmaya kömək edirik. Rusiya tərəfi Bakı və Yerevana ümumi dil tapmağa, etimad və qarşılıqlı anlaşma mühiti yaratmağa kömək etmək əzmindədir”,- deyə XİN rəsmisi bildirdi.
O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin icrası çərçivəsində bir sıra məsələlər həll olunur.