ER Müdafiə Nazirliyi bildirir ki, aprelin 23-də hərbi hissədən döyüş məntəqəsinə gedərkən N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, sıravi Eduard Martirosovla əlaqə kəsilib və dərhal axtarış-xilasetmə işlərinə başlanılıb.
Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan silahlı qüvvələrinin nümayəndələri ilə aparılan iş nəticəsində məlum olub ki, həmin gün Martirosov naməlum şəraitdə Ermənistan-Azərbaycan sərhədini keçib və Azərbaycan tərəfindədir.
Sıravi Martirosovun Ermənistan tərəfinə qaytarılması üçün lazımi addımlar atılır.