Cənubi Qafqaza dair “3+3” əməkdaşlıq platformasının ikinci iclasına hazırlıq işləri görülür.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Denis Qonçar “RİA Novosti”-yə müsahibəsində bildirib.
O qeyd etdi ki, Cənubi Qafqaz ölkələri və qonşuları arasında qarşılıqlı fəaliyyəti gücləndirmək üçün “3+3” formatından hərtərəfli istifadə olunması düzgün olacaq.
“Hazırda “3+3” regional məşvərət platformunun ikinci iclasına hazırlıq işləri görülür. İclasın yeri və tarixi bildiriləcək. Əminəm ki, “3+3”ün açıqlanmış gündəliyi bütün iştirakçı ölkələrin razılığı ilə qapıların açıq qaldığı Gürcüstanın da mənafeyinə tam uyğundur”,- o deyi
“3+3” regional məşvərət platformasının birinci iclası Ermənistan, Azərbaycan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan Xarici İşlər Nazirliyi bu platformada iştirak etməyib.