Artsax Respublikasının Xarici İşlər Nazirliyi Şuşidə keçirilən “dünya azərbaycanlılarının 5-ci qurultayı” ilə bağlı bəyanat yayıb.
"Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən işğal edilmiş erməni Şuşi şəhərində “dünya azərbaycanlılarının 5-ci qurultayı”nın keçirilməsi təşəbbüsünü son dərəcə dekonstruktiv hesab edir. Bu anti-erməniçilik və ekspansionizmin aşkar elementləri özündə ehtiva edir.
Belə bir “təşəbbüs” həm də regionda gərginlik yaratmaq cəhdidir.
Artsax XİN rəsmi Bakının Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanması üçün sülh prosesini pozmaq və torpeda etmək məqsədi daşıyan bu millətçi və aqressiv siyasətini qətiyyətlə pisləyir"- deyə bəyanatda deyilir.