Aprelin 22-də Rusiya prezidenti Vladimir Putinlə Avropa Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub, söhbət zamanı Cənubi Qafqaz və Ukraynadakı vəziyyət müzakirə olunub.
Avropa Şurasının prezidenti Ermənistan və Azərbaycan liderləri Paşinyan və Əliyev arasında Brüsseldə bu yaxınlarda keçirilmiş görüşünü təqdim edib, baş nazir Paşinyanın və Azərbaycan prezidenti Əliyevin iki ölkə arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsi arzusunu qeyd edib.
Putin həmçinin iqtisadi və nəqliyyatın bərpası layihələrinin həyata keçirilməsi, eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin, iki ölkə arasında sülh sazişi üzrə danışıqların başlanmasını açıqlayıb.
Rusiya prezidenti və Avropa İttifaqı Şurasının sədri Dağlıq Qarabağ məsələsini də müzakirə edərək, Yerevan, Bakı və Moskva arasında üçtərəfli razılaşmaların yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı Ukraynadakı vəziyyəti də ətraflı müzakirə olunub.