ER Baş naziri Nikol Paşinyan Avropa Şurasının prezidenti Şarl Mişellə telefon danışığı aparıb. Bu barədə ER Baş nazirinin aparatı məlumat yayıb.
Həmsöhbətlər aprelin 6-da Ermənistanın baş naziri, Avropa Şurasının prezidenti və Azərbaycan prezidentinin Brüssel görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, regiondakı vəziyyət və Ermənistan-Aİ münasibətlərinin gündəliyinə dair bir sıra məsələləri müzakirə ediblər.
Şarl Mişel Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqun təşviqinə sadiqliyini bir daha vurğulayıb.