ER TŞ katibi Armen Grigoryan Varşavada Polşanın dövlət katibi, Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox ilə görüşüb.
Həmsöhbətlər regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, eləcə də Ermənistanın regional təhlükəsizliyin təmin edilməsinə yanaşmalarını təqdim edib.
Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.