Aprelin 22-də Artsax Prezidenti Arayik Harutyunyan Təhlükəsizlik Şurasının üzvləri və Artsax Parlametində təmsil olunan siyasi qüvvələrin nümayəndələrinin iştirakı ilə işçi iclas keçirib.
Prezident Harutyunyan Azərbaycanla münaqişənin nizamlanması və Artsaxın təhlükəsizliyinin təmin edilməsi kontekstində ER-RF arasında son danışıqların nəticələri haqqında məlumat verib.
Arayik Harutyunyan bir daha Artsaxın mövqeyini, yəni xalqların öz müqəddəratını təyinetmə hüququnu rəhbər tutaraq müstəqillik yolunu davam etdirmək mövqeyini vurğulayıb.
Görüş zamanı mövcud hərbi-siyasi vəziyyətdən irəli gələn məsələlər də müzakirə olunub.