Aprelin 23-də Artsaxın müdafiə naziri, MO-nun komandanı, general-leytenant Kamo Vardanyan Nikolas Florinin başçılığı ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı nümayəndə heyətini qəbul edib. Bu barədə Artsax Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı humanitar məsələlərin geniş spektri müzakirə olunub, əməkdaşlığın daha da dərinləşdirilməsinə dair razılıq əldə olunub.
Kamo Vardanyan Nikolas Floriyə Artsaxda həyata keçirilən müxtəlif humanitar proqramlara, xüsusən də müharibədən sonrakı problemlərin həllinə görə təşəkkür edib və missiyanın fəaliyyətini dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib.