Rusiya Prezidenti Vladimir Putin “Böyük İyirmilik” (G20) ölkələrinin sammitinə dəvət olunub.
Bunu “G20”yə bu il sədrlik edən İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati bildirib.
O, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı dünya iqtisadiyyatının gələcək inkişaf perspektivlərinin müzakirə edildiyi seminarda çıxış edib.
Tədbirin aparıcısı Rusiya Prezidenti Vladimir Putinin payızda Bali adasında keçiriləcək G20 liderlərinin görüşündə iştirak edib-etməyəcəyini soruşub. Nazir suala cavabında deyib: “Dəvət etmişik. Çünki dəvətlər əvvəlcədən göndərilir. Artıq G20-yə daxil olan bütün ölkələr öz dəvətlərini alıblar”.