Ermənistan Respublikasının baş nazir müavini Mher Qrigoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüş zamanı Ermənistan Respublikasının Baş nazirinin, Azərbaycan Respublikasının Prezidentinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli bəyanatının regional nəqliyyat blokunun açılması ilə bağlı 9-cu bəndinin icrası istiqamətində aparılan işləri müzakirə olunub.
Baş nazirin müavini bu prosesdə Ermənistan Respublikasının mövqeyini təqdim edib.
Görüş zamanı həmçinin Ermənistan və Azərbaycan arasında sərhəd üzrə ikitərəfli komissiyanın yaradılması, o cümlədən 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə edib.