Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyat qrafikə uyğun davam edir.
“Müdafiə naziri məlumat verib ki, Mariupolun alınmasından sonra şəhərdə dinc həyatın qurulmasına imkan yaradılıb. “Azovstal” isə bir qrup Ukrayna millətçi birləşmələrinin bloklandığı ayrıca obyektdir”,- Dmitri Peskov bildirdi.
Peskov Rusiya-Ukrayna danışıqlarına toxunaraq qeyd etdi ki, danışıqlar aparan qruplar dəyişməyib, işlərə ekspertlər də cəlb olunub
Peskovun sözlərinə görə, Rusiya Kiyevə artıq öz yazılı təkliflərini təqdim edib.