ER hökumətinin iclasının əvvəlində ER baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına rəsmi səfərinə toxunub.
“İlk növbədə, prezident Vladimir Putin başda olmaqla rusiyalı həmkarlarımıza səmimi qəbula görə təşəkkür etmək və səfərin səmərəliliyini qeyd etmək istərdim. Görüşlərdə ikitərəfli gündəliyin ən əsas məsələləri müzakirə edildi ki, bu da Rusiya prezidentinin və ER baş nazirinin birgə bəyanatında öz əksini tapıb” – deyə Paşinyan bildirib.
O qeyd edib ki, regional sabitlik və təhlükəsizliklə bağlı məsələlərə xüsusi diqqət yetirilib.
“Biz ER və RF yanaşmalarının oxşarlığını qeyd edərək, regional kommunikasiyaların açılması prinsipləri üzrə mühüm razılaşmalar əldə etdik. Biz bu məsələdə praktiki olaraq bütün beynəlxalq tərəfdaşlarımızın ümumi mövqelərini qeyd edə bilərik. Bunun fonunda mən Ermənistanın öz ərazisindən Şərqlə Qərbi bağlayan dəmir yolu və avtomobil yollarının tikintisinə başlamağa hazır olduğunu bir daha təsdiq etmək istərdim.
Ümid edirəm ki, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə bu məsələ üzrə üçtərəfli işçi qrupu tezliklə prosesə başlamaq üçün lazımi sənədləri hazırlayıb razılaşdıra biləcək” – deyə Paşinyan bildirib.