Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Ukrayna ilə bağlı danışıqlar üçün RF prezidenti Vladimir Putinlə müzakirəyə hazır olduğunu bildirib. Bu barədə TASS yazır.
Eyni zamanda, o qeyd edib ki, Avropa Ukraynaya hərbi yardımı davam etdirəcək və “Moskvanın Ukrayna üzərində nəzarəti ələ keçirmək cəhdlərinin qarşısını almaq üçün” onu artıracaq.
Borel həmçinin etiraf edib ki, yeni sanksiyalar, xüsusilə enerji embarqosu ilə bağlı “yekdillik yoxdur”. "Yaxın günlərdə biz sanksiyalar məsələsinə qayıdacağıq, lakin bəzi ölkələr artıq kollektiv qərarlara veto qoyacaqlarını bildiriblər"՞- deyə Bօrel qeyd edib.