ER Baş naziri Nikol Paşinyan hökumətin iclasının əvvəlində bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Moskva danışıqlarının məzmunu barədə DQ-ın Prezidentinə məlumat verib.
“Bu təcrübə yeni deyil, mən Rusiyada, Avropada, Ermənistanda aparılan danışıqlardan və müzakirələrdən sonra həmişə belə davranmışam” – deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Artsax Prezidenti də öz növbəsində həmin danışıqların nəticələrini Artsaxın siyasi elitasına təqdim edib. Paşinyan əmin edir ki, bu təcrübə həmişə davam edəcək.
“2020-ci il noyabrın 9-dan sonra, demək olar ki, hər bir xarici səfərimdən əvvəl, bütün mümkün mənbələrlə məlumatlar yayılıb ki, mən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Artsaxın Azərbaycana təhvil verilməsi ilə bağlı sənədi imzalamağa hazırlaşıram. Məsuliyyətlə deyirəm ki, bu müddət ərzində və hazırda masada və ya dövriyyədə olan Dağlıq Qarabağ nizamlanmasının heç bir layihəsi olmayıb və yoxdur”- deyə Paşinyan bildirib.
ER Baş naziri məlumat verib ki, Artsaxa misli görünməmiş sərmayələr qoyulur.
“Artsaxı saxlamaq artsaxlıları Artsaxda saxlamaq deməkdir. Ermənistanı saxlamaq ermənilərini Ermənistanda saxlamaq, gedənlərə isə nəsə qaytarmaq deməkdir. Və bu sülh olmadan mümkün deyil”- deyə ER Baş naziri qeyd edib.
Nikol Paşinyan vurğulayıb ki, Artsaxın taleyi xalqın arxasında həll oluna bilməz.