Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in fəaliyyətinə toxunub.O qeyd etdi ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiyaya bu qurumun işini bərpa etməyə hazır olub-olmadıqları barədə siqnal göndərməyiblər.
“Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik. ABŞ və Fransa Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina etməklə faktiki olaraq ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini iflic edib. Belə təsadüflər təsadüfi deyil”,- Zaxarova bildirdi.
Zaxarova Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının həyata keçirilməsinin vacibliyini də vurğuladı.