Rusiya prezidenti ilə danışıqların nəticələrindən biri də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində ATƏT-in Minsk Qrupu həmsədrliyinin beynəlxalq mandatının əhəmiyyətinin vurğulanması idi. Bunu ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Moskva səfərindən bir neçə gün əvvəl ATƏT-in Minsk Qrupunun rus, fransalı və amerikalı həmsədrlərinin Ermənistana səfər etdiyini qeyd etsək, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin buraxılması ilə bağlı verilən qiymətləndirmələrin əsaslı olmadığını deyə bilərik. Biz aydın görürük ki, Ukrayna hadisələri həmsədrlərin birgə fəaliyyətində çətinliklər yaratsa da, bütün həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öz mandatına sadiq qalırlar.
Amma üstəlik, hətta belə şəraitdə həmsədrlərin fəaliyyət göstərməsi, regiona səfərlər etməsi, Dağlıq Qarabağ nizamlanmasına dəstək verməyə dair siyasi səviyyədə öhdəliklərini qeydə almaları optimizm üçün real əsas verir” – deyə Paşinyan bildirib.