İsrail Ukraynaya silah satmaqdan imtina edib, lakin onun əvəzinə humanitar yardım olaraq xilasetmə xidmətləri üçün avadanlıqlar göndərəcək. Jerusalem Post yazır ki, bu barədə İsrailin müdafiə naziri Benni Qants bildirib.
Qeyd olunub ki, bu qərar Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla Benni Qants arasında baş tutan telefon danışığından sonra qəbul olunub. Ukraynalı nazir silah satışı ilə bağlı mənfi cavab alıb.
Qəzət iddia edir ki, İsrail “diplomatik” şəkildə Ukraynaya silah satmaqdan və ya göndərməkdən imtina edib və bunun səbəbi Moskva ilə münasibətləri ola bilər.