Mariupol şəhəri Rusiyanın tam nəzarətinə keçib. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə məruzəsində deyib. Onun sözlərinə görə, Mariupolun mühasirəsi zamanı Ukryna ordusu və əcnəbi muzdluların sayı 8100 nəfər olub.
“Şəhərin azad olunması zamanı onlardan 4 mini öldürüldü, 1478 nəfəri təslim oldu. “Azovstal”da isə 2 mindən çox hərbçi mühasirədə qalıb”, - Şoyqu bildirib.