Gürcüstanda ötən sutkada koronavirusa 223 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son bir gündə daha 399 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyasına 1 653 915 nəfər yoluxub. Onların 1 634 990-ı sağalıb, 16 794-ü isə vəfat edib.