Bolqarıstanda keçirilən gənclər arasında boks üzrə Avropa çempionatında erməni boksçu Erik İsraelyan (60 kq) qızıl medal qazanıb.
Final döyüşündə İsrailyan Bolqarıstan təmsilçisi Kirill Barisovu məğlub edib. Bu çəki dərəcəsində ikinci yerdə Gürcüstan təmsilçisidir.
Erik İsraelyan gənclər arasında Avropa çempionatında 5 qələbə qazanıb, onlardan 3-ü nokautla olub. Yeni Avropa çempionunu Ermənistan Boks Federasiyasının prezidenti Hovannes Hovsepyan mükafatlandırıb.
Ermənistan komandasından Ares Hakobyan (67 kq) da finalda gümüş medal qazanıb.
Axşam isə Hamlet Adamyan (80 kq) qızıl medal uğrunda mübarizə aparacaq.