Gürcüstanda son sutkada daha 232 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 117 nəfər müalicə olunaraq sağalıb, ölən olmayıb.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 653 692 yoluxma faktı qeydə alınıb. Yoluxanların 1 634 591-i sağalıb, 16 794-ü isə vəfat edib.