Aprelin 20-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə Çin Xalq Respublikasının xarici işlər naziri Vang Yi arasında telefon danışığı olub.
Həmsöhbətlər Ermənistan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə toxunublar.
Hər iki tərəf Ermənistan-Çin münasibətlərini qətiyyətlə gücləndirməyə və dərinləşdirməyə hazır olduqlarını bildiriblər.
İqtisadi əməkdaşlıq sahəsində böyük potensialdan istifadə edilməsi, investisiyaların təşviq edilməsi, infrastrukturun inkişaf etdirilməsi, maddi-texniki problemlərin öhdəsindən gəlməsi vacib sayılıb. Bu kontekstdə regionun nəqliyyat və iqtisadi infrastrukturunun blokdan çıxarılmasının zəruriliyi vurğulanıb.
Regionda sülh və sabitliyin bərqərar olunması ilə bağlı erməni tərəfinin mövqeyini təqdim edən Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında müxtəlif istiqamətlərdə danışıqların əhəmiyyətini, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT Minsk Qrupunun həmsədrliyinin rolunu vurğulayıb. Hər iki tərəf mövcud beynəlxalq səviyyədə qəbul edilmiş danışıqlar formatının həyat qabiliyyətini və sülh prosesinin irəliləyişini vurğulayıb.
Həmsöhbətlər regional və beynəlxalq gündəmdə olan qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.