ER Baş naziri Nikol Paşinyan rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasına gedib və Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.
Volodin ER baş nazirinin Rusiyaya rəsmi səfərini alqışlayıb və Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin davamlı inkişafı faktını vurğulayıb.
“Bilirəm ki, Rusiya prezidenti ilə səmərəli danışıqlarınız olub, nəticədə birgə bəyanat qəbul edilib”, - Volodin bildirib və əlavə edib ki, Ermənistan Respublikasının Baş nazirinin rəsmi səfəri ikitərəfli münasibətlərin daha da genişlənməsində xüsusi hadisədir.
Dövlət Dumasının sədri parlamentlərarası əlaqələrin güclənməsinə əhəmiyyət verib və əlavə edib ki, bu istiqamətdə sıx dialoq aparılır. Cənab Volodinin sözlərinə görə, iki ölkə arasında mövcud olan qarşılıqlı etimad əlaqələri daha da inkişaf etdirmək üçün yaxşı imkan yaradır.
ER Baş naziri də parlamentlərarası əməkdaşlığın və fəal dialoqun gücləndirilməsinə əhəmiyyət verib və qeyd edib ki, RF prezidenti ilə səmərəli müzakirə aparıldı. Nikol Paşinyan əlavə edib ki, bir sıra mühüm məsələlər, o cümlədən təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsi, regional infrastrukturun bərpası, Ermənistan və Azərbaycanın sərhədlərinin müəyyən edilməsi prosesi ilə bağlı yekun razılığa gəliblər.
Görüşdə həmsöhbətlər Ermənistan-Rusiya parlamentlərarası komissiyasının fəaliyyəti, Yerevanda KTMT Parlamentlərarası Assambleyasının iclasının keçirilməsi, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.