ER əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Qazaxıstan Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Bolat İmanbayevi qəbul edib.
Görüş zamanı bir sıra məsələlər müzakirə edilib. Nazir Narek Mkrtçyanın sözlərinə görə, Ermənistan-Qazaxıstan münasibətlərində mühüm potensial var və bundan düzgün istifadə etmək davam etdirilməlidir.
“Düşünürük ki, Ermənistan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 8-ci iclası çərçivəsində müəyyən edilmiş idarələrarası memorandumun imzalanması əməkdaşlığımızın istiqamətlərini daha nizamlı və səmərəli edəcək”,-deyə o qeyd etdi.
Bolat İmanbayev isə Qazaxıstanın sosial-iqtisadi inkişaf istiqamətlərini və sahə prioritetlərini təqdim edərək, eyni zamanda, ER təcrübəsinin onun çərçivəsində səmərəli ola biləcəyini qeyd edib.