Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Rusiyaya rəsmi səfər edib. Nikol Paşinyanı hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko qarşılayıb.
Səfər çərçivəsində Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək.
İki ölkənin rəhbərləri Ermənistan-Rusiya strateji və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı gündəlikdəki məsələləri müzakirə edəcəklər. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını də müzakirə edəcəklər.