Ermənsitanın İrandakı səfiri Arsen Avagyan ilə görüş zamanı Yollar və Şəhərsalma nazirinin müavini Xeyrullah Xademi iki ölkə arasında yeni kommunikasiya dəhlizinin tamamlanması məqsədilə texniki və mühəndislik xidmətlərinin ixracı məsələsində İranın Ermənistanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Keçən il Ermənistana səfəri zamanı nəqliyyat sektorunda Ermənistanla əməkdaşlığın genişləndirilməsinə toxunan Xademi deyib ki, İran yeni beynəlxalq marşrutlar qurmaqla öz tranzit üstünlüklərini genişləndirməyə çalışır.
Bu məqsədilə yeni avtomobil, dəmir və dəniz yolları tikilir və tikilməkdədir, bu da daşınma müddətini və nəticə olaraq nəqliyyat xərclərini azaldaraq İranın Şimal-Cənub dəhlizinə və Avropa ölkələrinə çıxışını asanlaşdırır.
ER-nın İrandakı səfirliyindən bildirilib ki, görüş zamanı nəqliyyat sahəsində Ermənistan-İran əməkdaşlığının genişləndirilməsi məsələsi, xüsusilə Şimal-Cənub maqistral yolunun – Syunik bölgəsindəki yolların tikintisində İran şirkətlərinin iştirakı müzakirə olunub.