Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişə üçün qırmızı xəttin adını çəkməkdən imtina edib.
“France 5” efirində Fransa Prezidenti qeyd eti ki, nəyin qırmızı xətt olduğunu demək münaqişə tərəfinin müttəfiqinə çevrilmək və Rusiya ilə müharibəyə getmək deməkdir.
Onun sözlərinə görə, Rusiya ilə müharibəyə getmək nüvə gücünə qarşı müharibəyə getmək deməkdir və bu, ağır məsuliyyətdir. Eyni zamanda Makron Vladimir Putinlə dialoqu davam etdirməyə hazır olduğunu bildirib.
“Rusiya ilə dialoq olmadan sülhə hazırlaşmaq mümkün deyil. Biz gələcəkdə sülhün təminatçılarından birinə çevrilməliyik”,- Makron vurğuladı.