Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirdi ki, Rusiya ötən gecə Ukraynanın 1260 hərbi obyektini vurub.
"Raket və artilleriya qoşunları 1260 hərbi hədəfə zərbə endirib. Onlar arasında Nikolaev və Kirovsk yaşayış məntəqələri ərazilərində Ukrayna bölmələrinin 25 komanda məntəqəsi, Voskresensk və Nikolayev rayonlarında iki raket və artilleriya silahı anbarı, Qulyai Pole və Nikolaevka İkinci rayonlarında iki Buk- M1 zenit-raket qurğuları, eləcə də düşmənin canlı qüvvəsinin cəmləşdiyi 1214 ərazi var",- deyə Rusiya MN rəsmi nümayəndəsi bildirdi.
İqor Konaşenkov qeyd etdi ki, Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın 60 hərbi obyektinə zərbə endirdi. Hava əsaslı yüksək dəqiqlikli raketlərlə Ukrayna qoşunlarının 13 dayaq məntəqəsi, həmçinin Slavyansk, Barvenkovo və Popasnaya yaşayış məntəqələrində düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi ərazilər məhv edilib.