Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.
Şarl Mişel Aİ-nin Ermənistan üçün investisiya proqramının tam şəkildə həyata keçirilməsinə sadiqliyini bir daha təsdiqləyib.