Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı ikitərəfli sənədlər paketi imzalanacaq.
Kremlin mətbuat katibi qeyd edib ki, RF Prezidenti Putinlə görüşdən sonra ER Baş naziri Paşinyanın Rusiya hökuməti ilə kifayət qədər intensiv təmasları olacaq.
“Hökumət səviyyəsində bütöv sənədlər paketi imzalanacaq” – deyə Peskov bildirib.