Türkiyə ordusu İraqın şimalında PKK-ya qarşı hərbi əməliyyata başlayıb.
Milli Müdafiə naziri Hulusi Akar "Pəncə Kilid Əməliyyatı" adı verilən əməliyyatın Metina, Zap və Avaşin-Basyan bölgələrində keçirildiyini açıqlayıb.
Əməliyyat çərçivəsində təşkilata aid hədəflərə zərbələr endirildiyini deyən Akar bildirib ki, hədəflər hava qüvvələri tərəfindən atəşə tutulub.